İranda təyyarə qəzası bölgəsində axtarışlar bərpa edilib

Göyərtəsində 66 nəfərin olduğu İranın sərnişin təyyarəsinin qəzaya uğradığı ehtimal olunan bölgədə hava şəraiti yaxşılaşıb. "Report" "Press TV" telekanalına istinadən xəbər verir ki, bununla əlaqədar bölgədə axtarış işləri bərpa olunub. Qeyd edək ki, dünən rəsmilər əlvarişsiz hava səbəbinə görə təyyarə qəzasının baş verdiyi güman edilən bölgədə axtarışı dayandırmışdı. Hazırda axtarış əməliyyatında helikopterlər və axtarış qrupları iştirak edir. Mütəxəssislər qəza bölgəsinə müxtəlif tərəflərdən yaxınlaşmaq niyyətindədirlər.
Xatırladaq ki, "Aseman Airlines" aviaşirkətinə məxssu "ATR-72" təyyarəsi fevralın 18-də Tehran-Yasuc reysini yerinə yetirərkən ahavaya qalxdıqdan təxminən 50 dəqiqə sonra radardan itib. Təyyarə İranın İsfahan ostanının Səmirom şəhərinin yaxınlığında Dena dağ silsiləsinə çırpılıb.
Təyyarədə 66 nəfər - 60 sərnişin, o cümlədən 1 uşaq, 6 ekipaj üzvü olub. Onların hamısı ölüb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












