İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Afsharı Mahdı Mahmoudalıya məxsus cantaya gömrük baxışı keçirilib. Yoxlama zamanı çantadakı şəffaf selofan paketdən 48 ədəd və çantadakı şalvarın cibindən isə 1 ədəd olmaqla, gömrük nəzarətinə bəyan olunmayan ümumilikdə, 49 ədəd açıq qəhvəyi rəngli, üzərində "F/M20" yazısı olan "Metadon" adlı həblər aşkar edilib. Qeyd edək ki, Metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına daxildir və 49 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,98 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












