İrandan daha bir Azərbaycan vətəndaşı təxliyə edildi - YENİLƏNİB

Gündəm 11 Mart 2026 12:23
İrandan daha bir Azərbaycan vətəndaşı təxliyə edildi   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İrandan saat 10:00-dan 12:00-dək daha iki Azərbaycan, üç Pakistan, iki Avstraliya vətəndaşı təxliyə edilib.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, onların təxliyəsi Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

29 Çin vətəndaşı da bu gün Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycana təxliyə edilib.

***11:56

İrandan fevralın 28-i saat 8:00-dan martın 11-i saat 10:00-dək Azərbaycana 72 ölkənin 2 168 vətəndaşı təxliyə olunub.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, təxliyə olunanların 383 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda Çindən 633, Rusiyadan 293, Tacikistandan 174, Pakistandan 137, Omandan 57, İtaliyadan 44, İndoneziyadan 32, İrandan 29, İspaniyadan 26, Əl-Cəzair 25, S.Ərəbistanından 18, Yaponiyadan 17, Fransa və Almaniyadan hərəsindən 16, Gürcüstandan 13, Özbəkistan, Macarıstan və Polşadan hərəsindən 12, Meksikadan 11, Nigeriya, Belarus, Bolqarıstan və Konqo Demokratik Respublikasıdan hərəsindən 10, Böyük Britaniyadan, Kanadadan 9, Braziliya və Qazaxıstandan 8, BƏƏ, Slovakiya, Belçika və Rumıniyanın hərəsindən 6, Serbiya, İsveçrə, Çexiya, Əfqanıstan, Avstriya, Hindistandan 5, İordaniya, Banqladeş, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt və Bəhreyn, ABŞ, Finlandiya, Niderlandın hərəsindən 4, Qətər, Filippin, Xorvatiya, Danimarkadan 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, İsveç, Sudan, Kipr, Sloveniyanın hərəsindən 2, Tunis, Cənubi Afrika Respublikası, Maldiv Adaları, Myanmar, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Avstraliya və Belizdən 1 vətəndaş Azərbaycana təxliyə olunublar.

***11:06

İrandan martın 11-də saat 00:00-09:00 aralığında daha bir Azərbaycan vətəndaşı təxliyə olunub.

Avtosfer.az "Report"a istinadla xəbər verir ki, onun təxliyəsi Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Qeyd edək ki, təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Astara dövlət sərhədindən buraxılış məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.

Oxunub : 152
ŞƏRH YAZ
Ad

E-mail

Şərh