Banner

İrandan təxliyə olunanların SAYI AÇIQLANDI (YENİLƏNİB)

Gündəm 2 Mart 2026 21:45
İrandan təxliyə olunanların SAYI AÇIQLANDI (YENİLƏNİB)
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Martın 2-si saat 19:00-dan 21:00-dək "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən 10 nəfər təxliyə olunub.

Avtosfer.az-ın "Reporta" istinadən məlumatına əsasən, təxliyə olunanlardan üçü Azərbaycan, yeddisi isə Rusiya vətəndaşıdır.

Məlumata görə, onlardan ikisi azyaşlıdır.

***

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 553 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

Avtosfer.az-ın "Reporta" istinadən məlumatına əsasən, fevralın 28-dən martın 2-si saat 20:00-a qədər sərhədi 152 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 127, Rusiyanın 114, Pakistanın 65, Tacikistanın 42, Səudiyyə Ərəbistanının 18, Birləşmiş Ərəb Əmirliklərinin 6, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippinin 2, Nepalın 2, Qazaxıstan 2, Fransanın 2, Türkiyənin, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.

***

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 370 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

Məlumata əsasən, fevralın 28-dən martın 2-si saat 14:00-a qədər sərhədi 131 Azərbaycan vətəndaşı keçib. Bundan əlavə, Çinin 81, Rusiyanın 47, Pakistanın 32, Səudiyyə Ərəbistanının 18, Tacikistanın 30, Birləşmiş Ərəb Əmirliklərinin 6, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippinin 2, Nepalın 2, Qazaxıstan 2, Fransanın 2, Türkiyənin, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.

***

Martın 2-si saat 14.00-dan 17.00-dək Astara Sərhəd Gömrük-keçid məntəqəsindən 10-a yaxın Çin, 15 Pakistan, altı Azərbaycan vətəndaşı təxliyə olunub. Məlumata görə, təxliyə zamanı bir əcnəbiyə səhhətində yaranan problemlə bağlı yerində tibbi yardım göstərilib.

Oxunub : 228
ŞƏRH YAZ
Ad

E-mail

Şərh