İranın yeni ali rəhbəri kimdir? – DOSYE

Müctəba Xamenei İranın yeni ali rəhbəri seçilib.
Avtosfer.az İranın yeni ali rəhbərinin dosyesini təqdim edir.
Müctəba Xamenei 1969-cu ildə Rəzəvi Xorasan əyalətinin mərkəzi müqəddəs Məşhəd şəhərində doğulub. O, İranın keçmiş lideri Əli Xameneinin ikinci övladıdır. Məktəbi bitirdikdən sonra ilahiyyat təhsili alıb. İlk müəllimləri arasında Ayətullah Seyid Mahmud Haşimi Şarudi və öz atası Əli Xamenei olub.
1999-cu ildə müqəddəs Qum şəhərinin dini mərkəzində təhsilini davam edib, sonra ruhani səviyyəsinə qalxıb. Onun müəllimləri arasında Mesbah Yəzdi, Ayətullah Lütfüllah Safi Gülpayigani və Məhəmməd Baqir Xəzəri kimi ilahiyyətçilər olub.
Bir vaxtlar Müctəba Qum şəhərinin dini mərkəzində ilahiyyət dərsi deyib. O, İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın qatı tərəfdarı olub, ona 2005 və 2009-cu il seçkilərində dəstək verib. Bu səbəblə Atası Əli Xamenei Müctəbanın dövət işlərinə təsirini zəiflətməyə çalışıb. Hətta bəzi mənbələr, bu ziddiyyətdən dolayı Müctəba atasına qarşı sui-qəsd cəhdində iştirak etdiyini iddia ediblər, Şübhələr o qədər artıb ki, Müctəba hüquq-mühafizə orqanları tərəfindən xaxlanılıb. Əhmədinejad onu 2013-cü ildə dövlət vəsaitlərini mənimsəməkdə ittiham etdikdən sonra analitiklər siyasi ittifaqlarının sonu barədə danışmağa başlayıblar.
Müasir İranın bir çox tədqiqatçısına görə, Müctəba Əhmədinejadın seçki qələbəsində “əhəmiyyətli rol oynayıb”; hətta iyun 2009-cu il etirazların qətiyyətli şəkildə yatırılmasının arxasında Müctəba olub. Həmçinin Rəhbərin oğlunun birbaşa İslam İnqilabı Keşikçiləri Korpusuna tabeliyindəki və 2009-cu ilin yayında etiraz əhval-ruhiyyəsinin yatırılmasında mühüm rol oynayan könüllü milis qruplaşması olan Bəsicə komandanlıq etdiyinə dair ehtimallar var.
Çoxsaylı mətbuat xəbərlərinə görə, Müctəba atasının ehtimal olunan varislərindən biri olub. Lakin, İran Konstitusiyasına görə, Ali Rəhbər (Rəhbər) vəzifəsi irsi olmadığı üçün bu versiya ilə razılaşmayanlar da az olmayıb. Bundan əlavə, ekspertlər əvvəllər qeyd ediblər ki, “Müctəba güclü, müstəqil bir yol izləmək qabiliyyətini nümayiş etdirməyib”. O şiə ruhanisi olmasına baxmayaraq, heç bir şəkildə Rəhbər olmaq üçün lazımi teoloji statusa malik deyil.
İİKK iyerarxiyasının ən yüksəksəviyyəli zabitləri daxil olmaqla, bir çox mühafizəkarlar Müctəbanı dəstəkləyərək, ölkənin maliyyə siyasətinə etiraz edə biləcək və mühafizəkarların regional siyasi xəttini dəstəkləmək üçün milyardlarla dollar ayırmasının məqsədəuyğunluğunu şübhə altına ala biləcək islahatçılara qarşı çıxdılar. Lakin, bir çoxları Rəhbərin oğlunun dini və siyasi statusunun onu öz varisi elan etməsi üçün kifayət etdiyinə inanıb.
8 mart 2026-cı ildə Müctəba Xameneinin İranın Ali Lideri seçilib.
O, İran Məclisinin keçmiş sədri Qulam-Əli Adilin qızı Zara Adil ilə evlidir. “Wikileaks”də dərc edilən məlumatlara görə, Müctəbanın 2007-ci ildə Əli adlı bir oğlu olub. Lakin Müctəbanın anası Mənsurə Xocastə Bağırzadə, eləcə də Müctəbanın həyat yoldaşı və oğlu 28 fevral 2026-cı il hücumu zamanı Əli Xamenei ilə birlikdə həlak olublar. /metbuat.az/
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR
Ramazan ayının on doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Taksi sürücüləri çətin hava şəraitində qiymətləri qaldıra bilməyəcəklər – Nazirlik qadağan etdi
Hökumətdən nüvə təhlükəsi ilə bağlı addım – QƏRAR İMZALANDI
İranın məşhur generalı İsrailə qaçdı
BƏƏ ilk dəfə İrana zərbə endirib
Fransızları qabaqlayan azərbaycanlı qadın - FOTOLAR
Yük maşınları niyə təhlükə yaradır? - SƏBƏBLƏR - VİDEO










