İranla sərhəd keçid məntəqəsinin gündəlik iş saatı artırılıb

Azərbaycan ilə İran arasında Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsinin gündəlik iş rejimi 10 saatdan 12 saata çatdırılıb. Avtosfer.az Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, artıq oktyabrın 29-dan Şahtaxtı və Poldəşt gömrük orqanları Bakı vaxtıyla səhər saat 08:30-dan axşam saat 20:30-dək fəaliyyət göstərəcək.
Bu yenilik Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin İranın Qərbi Azərbaycan vilayətinə səfəri çərçivasındə imzalanmış iqtisadi və mədəni sahələrdə əməkdaşlıq haqqında memoranduma əsasən həyata keçirilib. İş vaxtının uzadılması vətəndaşların Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsindən istifadəsinin daha da yaxşılaşmasına, eləcə də xarici ticarət dövriyyəsinin artmasına şərait yaradacaq.
Beynəlxalq statusa malik Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsində tətbiq olunan yeniliklərdən biri də yüklü nəqliyyat vasitələrinin buraxılışının təmin olunmasıdır. İran İslam Respublikasının Poldəşt gömrüyünün yenidən qurulması və iş prosesində elektron idarəetmə sisteminin tətbiqinə başlanılması imkan verir ki, Naxçıvan Muxtar Respubikasından xarici ölkələrə və Azərbaycanın digər bölgələrinə gedən və əks istiqamətdə gələn yüklü nəqliyyat vasitələrinin buraxılışı həyata keçirilə bilsin. Bu isə öz növbəsində xarici ticarət əməliyyatları ilə bərabər Naxçıvanın tranzit potensialının artmasına da əlavə stimuldur.
Qeyd edək ki, 2007-ci ildə Araz çayı üzərində yeni Şahtaxtı-Poldəşt körpüsünün tikilib istifadəyə verilməsi, 2009-cu ildə Şahtaxtı Gömrük İdarəsi üçün müasir kompleksin qurulması, burada əlverişli iş şəraitinin yaradılması bu gömrük orqanının fəaliyyətinin artırılmasına və günün tələbləri səviyyəsində qurulmasına hesablanmış addımlar idi. Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasında bütün sahələrdə qarşılıqlı münasibətlərin ilbəil möhkəmlənməsi fonunda gömrük əlaqələrinin də inkişafı onu deməyə əsas verir ki, gələcəkdə Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsi maksimum gücüylə fəaliyyət göstərəcək.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










