İranla sərhəddə vaxt itirməyəcəyik

"Azərbaycanla İran gələn aydan gömrükdə "bir pəncərə" sisteminin tətbiqinə başlayacaq". Avtosfer.az xəbər verir ki, bu barədə apa-ya açıqlamasında İranın Gömrük Xidmətinin rəhbəri Məsud Kərbasian deyib. Hər iki ölkənin gömrük xidmətləri arasında bununla bağlı müvafiq sazişin imzalandığını xatırladan M. Kərbasian qeyd edib ki, "bir pəncərə" sisteminin tətbiqi ilə adıçəkilən qurumlar məlumat mübadiləsini elektron formada həyata keçirəcəklər: "Bu sistemin tətbiqi bizə nə verəcək? Onun tətbiqi hər iki qurumun işlərini sürətləndirəcək, gözləmə müddətini azaldacaq. Bundan başqa, bir ölkənin qurumu yoxlama işlərini həyata keçirdikdə, digər ölkənin qurumu tərəfindən bu işlərin aparılmasında zərurət qalmayacaq. Beləliklə, biz xeyli vaxta qənaət edəcəyik. Bununla yanaşı, bu sistem gömrük sahəsində qanun pozuntusu halları ilə mübarizəni daha da effektiv edəcək. Proqrama əsasən, gələn ay bu sistemin tətbiqinə başlanılacaq. Hazırda ikitərəfli görüşlər davam etdirilir, bəzi detallar dəqiqləşdirilir. Biz bu sistemi Türkiyə ilə birgə tətbiq etmişik. Lakin Azərbaycanla birgə tətbiq etdiyimiz sistem daha təkmil formadadır".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












