İrəvanda polis bölməsini ələ keçirən silahlı dəstə təslim olmaq niyyətində deyil

Bazar günü Ermənistanın paytaxtı İrəvanda polis bölməsini ələ keçirən silahlı dəstə təslim olmaq niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə şənbə günü dəstə üzvü – radikal müxalifətin liderlərindən biri olan Varujan Avetisyan bölmə ərazisində KİV nümayəndələri qarşısında çıxışı zamanı bildirib. "Biz təslim olmaq barədə düşünmürük, bunun əksinə olan iddialar həqiqətə uyğun deyil. Bizim təhlükəsizliyimizin təminatı xalq və silahımızdır", - deyə Avetisyan bildirib. Dəstənin digər üzvü Pavel Manukyan bildirib ki, hadisələrin gələcək inkişafı aydın görünməyincə, heç bir güzəş olmayacaq. Hücumun niyə məhz polisin post-patrul xidməti bölməsinə təşkil olunduğunun səbəblərini izah edən Manukyan iddia edib ki, bu polis bölməsi "xalqın yaralarının üstündən basmaq üçün küt bir alət olub". "Biz xalqın aldanılmasına bir daha imkan verməyəcəyik", - deyə Manukyan bildirib.
Ermənistan hökuməti silahlı dəstə üzvlərinin çıxışları ilə bağlı hələ ki, açıqlama verməyib.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












