İş adamını nişanlısının yanında maşında güllələdilər - FOTO

Türkiyədə 25 yaşlı iş adamını nişanlısının gözü qarşısında qətlə yetiriblər. Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bursa şəhərində baş verib. Məlumata görə, avtomobil ticarəti ilə məşğul olan Barış Kösa, 5 gün sonra baş tutacaq toyuna hazırlaşırmış. Bayramlaşmaq üçün nişanlısı ilə birlikdə yola çıxan 25 yaşlı iş adamı yolda əvvəlcədən arasında düşmənçilik olan Əli.A ilə qarşılaşıb. Bir qədər mübahisə etdikdən sonra yanında nişanlısının olduğunu bildirən Barış maşınına minərək oradan uzaqlaşmaq istəyib. Lakin Əli.A Barış Kösanın avtomobilinə 7 dəfə atəş açaraq onu yaralayıb. Ağır yaralı olaraq xəstəxanaya çatdırılan Barış Kösa bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Hadisə zamanı maşında olan nişanlı qız isə şok keçirib. Hadisəni törətməkdə təqsirli bilinən Əli. A saxlanılıb. (publika.az)
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB












