İş adamının məmur oğlu həbs olundu - "Əyri-üyrü heç nə ola bilməz”

Məşhur iş adamı Zaman İsgəndərovun qardaşı oğlu Kənan İsgəndərov həbs olunub. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl K. İsgəndərov hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi vəzifəsini daşıyan K.İsgəndərov Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunur.
Həbs olunan şəxs həmçinin, Təhsil nazirinin keçmiş müavini, iş adamı İsgəndər İsgəndərovun oğludur.
***
İsgəndər İsgəndərov Unikal.org-a açıqlamasında bildirib ki, övladının həbsindən çox narahatdır və bunun şər-böhtan olduğunu istisna etmir: "3 gündür övladım həbs edilib. Hələlik görüşünə də icazə verilmir. Onunla bağlı heç bir məlumatım yoxdur. Yəqin ki, şər-böhtandır. Əlində, üstündə nəsə tutulmayıb ki, deyəsən hansısa cinayət törədib?! İnanıram ki, haqq-ədalət qalib gələcək. Allah Prezidentimiz İlham Əliyevi qorusun. Onun rəhbərliyi altında əyri-üyrü heç nə ola bilməz”
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












