"İsgəndər"lə "Dron"ların müharibəsi başlayır – Qarabağda

“Azərbaycan və Ermənistan texniki nöqteyi-nəzərdən müharibəyə hazırdır”. Avtosfer.az xəbər verir ki, bu barədə “bloomberg” nəşri yazıb.
Nəşr yazır ki, Qarabağda Rusiyanın “İsgəndər”ləri ilə İsrailin "Dron"ları üz-üzə gələcək: “Ermənistan və Azərbaycan aprel müharibəsindən sonra öz hərbi güclərini artırmaq istiqamətində addımlar atdılar. Ermənistan Rusiyadan “İsgəndər”lər aldı (hansı ki, bu raketlərin Gümrüdəki rus bazasına məxsus olduğu aydındır), Azərbaycan isə İsraildən "Dron"larını öz hərbi arsenalına daxil edir, həmçinin Pakistandan yüksəktexnologiyalı silahları idxal etməyi düşünür”. London institutunun ekspertləri nəşrə bildiriblər ki, Qarabağda ciddi partlayış təhlükəsi mövcuddur.
Nəşr qeyd edir ki, ABŞ-da yeni prezident seçildiyi üçün Vaşinqton və Moskva arasında Qarabağ məsələsi üzrə danışıqlar dayanıb: “Bu amil də bölgədə müharibənin başlamasına şərait yaradır”.
Məqalədə Qarabağ münaqişəsinin yaranma tarixi, azərbaycanlıların deportasiyası və ərazilərin işğalı faktları xatırlanır. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin şənbə günü cəbhə bölgəsinə səfəri və verdiyi mesajlar qeyd olunur. Bildirilir ki, Azərbaycan ərazilərinin azad olunması üçün lazımi addımlar atmağa hazırdır. // publika.az
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










