İŞİD-ə qoşulmuş azərbaycanlı qadınlar - Adlar - FOTOLAR

İŞİD terror təşkilatının tərkibinə qoşulmuş yüzlərlə qadın arasında azərbaycanlılara da rast gəlmək olar. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, terrorçulara qoşulan azərbaycanlı qadınların əksəriyyəti Rusiya vətəndaşıdır və Dağıstan Respublikasından qanunsuz yollarla hərbi toqquşmaların baş verdiyi ərazilərə gediblər. Rusiyanın qanunsuz silahlı birləşmələrə qoşulduğu üçün beynəlxalq axtarışa verdiyi və ölkəyə daxil olmasına qadağa qoyduğu bəzi azərbaycanlı qadınların adlarını və fotolarını təqdim edirik:
Seyidfatimə Mustafayeva – 13 yanvar 1997-ci ildə Dərbənddə anadan olub.

Sabrina Həbibova – 15 iyul 1996-cı ildə Dağıstanın Xuçni kəndində anadan olub.

Zamirə İsmayılova – 21 avqust 1980-ci ildə Dağıstanın Ərsi kəndində anadan olub.

Aydan Qəribova – 1 oktyabr 1989-cu ildə Gürcüstanın Qardabani rayonunun Qaratəhlə kəndində anadan olub. Həm Rusiya, həm də Gürcüstan vətəndaşıdır.

Aygül Məmmədova – 19 yanvar 1995-ci ildə Vladimir şəhərində anadan olub.
Bildirilir ki, adları qeyd edilən qadınların hamısı Azərbaycan dilində danışır. Onların barəsindəki bütün məlumatlar adlarına açılmış anketlərdə cəmləşdirilib.
Qeyd edək ki, Rusiyanın qanunsuz silahlı birləşmələrə üzv olduğu üçün axtarışa verdiyi qadınların siyahısına nəzər salanda məlum olur ki, onların əksəriyyəti Dağıstan və Çeçenistandandır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












