İslam Oyunları ilə bağlı nəqliyyat əməliyyatları da test edildi - FOTO

Mayın 8-də IV İslam Həmrəyliyi Oyunlarınının sınaq açılışı zamanı açılış və bağlanış mərasimləri günü (12 və 22 may) üçün nəzərdə tutulan nəqliyyat əməliyyatları da test edilib. Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli tamaşaçıların daşınmasını həyata keçirən 3 ekspress xətt üzrə fəaliyyət göstərən 228 avtobus (ehtiyat olaraq, əlavə 90 ədəd avtobus) Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına toplanıb. Burada zəruri prosedurlar - sürücülərin tibbi müayinəsi və nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi təmin edilib. Saat 17:00-dan etibarən tamaşaçıların əvvəlcədən təyin olunmuş ərazilərdən metronun “Qara Qarayev” stansiyasının qarşısından X1 Express xətti, metronun “Gənclik” stansıyasının qarşısından X2 Express xətti, metronun “20 yanvar” stansiyasının qarşısından X3 Express xətti üzrə Bakı Olimpiya Stadionuna daşınmasına başlanılıb. Saat 20:40-dək Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil edilmiş 3 Exspress xətt üzrə 6000-dən çox sərnişinin 267 avtobus vasitəsilə Olimpiya Stadionuna daşınması həyata keçirilib. Mərasim bitdikdən sonra axşam saat 23:00-dan 02:00-dək ümumi olaraq 8500-dən çox tamaşaçının 185 avtobusla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə - yəni, metronun “Qara Qarayev”, ”20 yanvar” və “Gənclik” stansiyalarına geri gətirilməsi təmin edilib. Görülən işlər çərçivəsində exspress xəttlərdən istifadə edəcək sərinişinlərin məlumatlandırılması və istiqamətləndirilməsini təmin etmək məqsədilə, Bakı Nəqliyyat Agentliyi tərəfindən əvvəlcədən müəyənləşdirilmiş nöqtələrə nəqliyyat bələdçiləri təyin edilib.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI






















