“İslam Səfərli” tankeri tezliklə açıq dənizə çıxacaq - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “İslam Səfərli” tankerinin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmiri yekunlaşmaq üzrədir. Avtosfer.az xəbər verir ki, bu barədə Gəmiçiliyin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, təmir prosesində tankerin baş mühərrikləri, nasoslar, elektrik mühərrikləri və digər mexanizmlər əsaslı təmir olunub. Köməkçi mühərriklər yenisi ilə əvəzlənib. Gəmidə elektrik avadanlıqlar sazlanıb.
Eyni zamanda tankerdə ümumi təmizləmə, gövdə hissəsində defektasiya, yük anbarlarında və ballast çənlərində qüsur aktlarına əsasən gövdə-qaynaq işləri görülüb. Üzən vasitənin sualtı və suüstü hissələri, göyərtəsi rənglənib.
Aparılan işlərin yoxlanılması üçün tanker zavod ərazisində dəniz sınağından da keçib. Aşkarlanan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra gəmi istismara veriləcək.
Xatırladaq ki, uzunluğu 125,06, eni 16,63 metr olan tankerin maksimal sürəti 11,3 uzeldir. Gəmiçiliyin nəqliyyat donanmasına məxsus gəmi maye yüklərin daşınmasında istismar edilir.
Xatırladaq ki, Gəmiçiliyin Dəniz Nəqliyyatı Donanması müxtəlif təyinatlı yüklərin və sərnişinlərin daşınmasını həyata keçirir, rabitə, radiomərkəz və elektroradionaviqasiya üzrə müxtəlif xidmətlərin göstərilməsini təşkil edir, gəmilərin yüklənib-boşaldılmasını və yedək əməliyyatlarını, dibdərinləşdirmə işlərini aparır, habelə dəniz yolları naviqasiya işarələrinin yerləşdirilməsini və onların saz vəziyyətdə saxlanılmasını təmin edir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Reyestrinə təqdim olunması üçün tədbirlər görür.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















