İslamiada zamanı bəzi marşrutların istiqaməti məlum olub - SİYAHI

Bakıda keçiriləcək 4-cü İslam Həmrəylik Oyunlarının açılış və bağlanış mərasimləri zamanı Zabrat-Maştağa, Mərdəkan-Buzovna-Qala-Bülbülə qəsəbələri, habelə Ziya Bünyadov istiqaməti üzrə nəqliyyat vasitələrinin hərəkət istiqaməti məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə beynəlxalq yarışla bağlı Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsinin birgə keçidiyi mətbuat konfrasında bildirilib. Belə ki, Zabrat-Maştağa istiqamətindən 107, 131,172, 173 və 189 nömrəli marşrut xətləri E.Mehdiyev – Bakıxanov dəmiryol stansiyası- Əfəndiyev- R.Rüstəmov – “Neftçilər” metro stansiyası-R.Rüstəmov və M. Əliyev küçələrinin kəsişməsindən təşkil olunacaq. Əks istiqamət üzrə R.Rüstəmov-Əfəndiyev-Bakıxanov dəiryolu stansiyası –Əsədullayev və sonra mövcud xətt üzrə hərəkət edəcək.
Bundan başqa, 139,148,163,166,184,198,204,216 və 217 nömrəli marşrut xətləri E.Mehdiyev –Bakıxanov d/st- Əfəndiyev –Şərifli- Ş.Mirzəyev –Q.Qarayev pr. kənar yola təşkil olunacaq. Əks istiqamət isə Q.Qarayev pr kənar yol – Nəsimi – Ş.Mirzəyev – Şərifli – R.Rüstmov-Əfəndiyev –Bakıxanov d/st – Əsədullayev küçələri və sonr amövcud xətt üzrə hərəkət edəcək.
54 və 62 saylı marşrut xətləri Sabunçu d/st-E.Mehdiyev – Bakıxanov d/st-Mehmndarov-Sülh- R.Rüstəmov – “Neftçilər”metro stansiyası və sonra mövcud xətt üzrə davam edəcək. Əks istiqamət “Neftçilər”metro stansiyası - R.Rüstəmov – Sülh – Mehmandarov – Bakıxanov d/st- Əsədullayev – Ə.Məmmədəliyev və sonra mövcud xətt üzrə hərəkət edəcək.
214 saylı marşrut xətti Bakıxanov d/st - Əfəndiyev küçəsi- R.Qəmbərov küç - R.Rüstəmov - Q.Qarayev pr - "Neftçilər" metro stansiyası - Q.Qarayev pr. (kənar yol) - 8 km bazarına qədər təşkil olunacaq. Əks istiqamət üzrə isə hərəkət Q.Qarayev pr.-R.Rüstəmov-R. Qəmbərov-Əfəndiyev-Bakıxanov d/st və sonra mövcud xətt üzrə olacaq.
Mərdəkan-Buzovna-Qala-Bülbülə qəsəbələri istiqamətindən 101, 136, 150, 160, 171 və 187 saylı marşrut xətləri Mərdəkan şosesi-aeroport yolu-Zığ beton yolu-Gəncə pr.-"Həzi Aslanov" metro stansiyasına qədər təşkil olunacaq.
H1 saylı marşrutun xətti Heydər Əliyev Hava Limanı və Zığ beton yolu - Nobel pr. - A.Cəlilov - K.Səfərəliyeva - 28 May küç. (S. Vurğun bağının yanı) son dayancaq olacaq.
Ziya Bünyadov prospekti istiqamətindən 24 saylı marşrut xətti - Əsədullayev - Y.Əliyev - Mehmandarov - Sülh - Qəmbərov - R.Rüstəmov - Q.Qarayev pr. - Ş.Mirzəyev - T.Abbasov - Ə.Vəliyev - Q.Qarayev pr. sonra mövcud xətt üzrə hərəkət edəcək. Əks istiqamətdə isə Z.Bünyadov - Q.Qarayev - Ə.Vəliyev - T.Abbasov - Ş. Mirzəyev - Q.Qarayev pr. - R.Rüstəmov - Qəmbərov- Əfəndiyev-Sülh-Mehmandarov - Y.Əliyev - Əsədullayev küçəsi ilə hərəkət edəcək.
93 saylı marşrutun xətti - E.Mehdiyev - Bakıxanov d/st - Əfəndiyev - Q.Qəmbərov - R.Rüstəmov - Ş.Mirzəyev - T.Abbasov, Ə.Vəliyev - Q.Qarayev pr., Z.Bünyadov pr. və sonra sonra mövcud xətt üzrə hərəkət edəcək. Əks istiqamətdə isə Z.Bünyadov pr., Q.Qarayev pr, Ə.Vəliyev, M.Abbasov, Ş.Mirzəyev, Q.Qarayev pr, R. Rüstəmov, Q.Qəmbərov - Əfəndiyev - Y. Əliyev - Əsədullayev sonra mövcud xətt üzrə olacaq.
38 nömrəli marşrut - F.X.Xoyski - Ə.Əliyev -Təbriz - Ə.Ağaoğlu - Xətai pr. - Babək pr. - Keşlə qəsəbəsi; əsk istiqamət isə Babək pr. - Təbriz - Ə.Əliyev küçəsi - F. X.Xoyski sonra mövcud xətt üzrə hərəkət edəcək.
Emin
Yaşlı əhalinin sosial təminatı sahəsində hansı problemlər var? – SOSİOLOQ AÇIQLADI
“Qurtuluş 93”ün yamaqlı yolları sürücüləri təngə gətirib – Yığılan pullar hara sərf olunur? - VİDEO
“AccessBank” müştərilərini saxta faiz başlıqları ilə aldadır? - İDDİA
Zelenskinin Qafqaza səfəri Rusiyanı niyə narahat edir? - POLİTOLOQ
Bakının bu küçəsi bağlı olacaq - Sürücülərin nəzərinə! - FOTO
Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır
Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA
Paytaxtın 19 küçəsində sıxlıq var - SİYAHI
"Güzgüyə ancaq üz qırxanda baxırlar" - Yollarda təhlükəsizliyi nələr təhdid edir? - VİDEO
Xaricdə təhsilə maraq artır, amma hər universitetin diplomu ölkədə tanınmır – TƏHSİL EKSPERTİ
İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO








