İslamiada zamanı metroda 30 könüllü bələdçi fəaliyyəti göstərəcək - FOTO

Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı Bakı metropolitenində təşkil edilən sosial əhəmiyyətli layihələrdən biri də könüllülərin fəaliyyəti ilə bağlı olacaq. Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, 2015-ci ildə Bakıda keçirilmiş Birinci Avropa Oyunları zamanı da metropolitendə könüllülərin xidmətindən istifadə olunmuşdu: ""Bakı Metropoliteni" QSC-nin rəhbərliyi bu uğurlu təcrübəni IV İslam Həmrəyliyi Oyunları zamanı da tətbiq edəcək. Metropolitenin Oyunların keçiriləcəyi arenaların, həmçinin şəhər mərkəzinin yaxınlığında yerləşən stansiyalarda fəaliyyət göstərən könüllülər üzərində "Ask me" (tərcüməsi – "Məndən soruş") yazılmış köynəkləri və metropolitenin atributları olan geyimləri ilə diqqət çəkəcəklər. Əsas məqsəd şəhərimizə təşrif buyurmuş qonaqların, xüsusən də əcnəbilərin metropolitendə koordinasiyalı hərəkətini, onların idman və sosial-mədəni obyektlərin səmtini rahatlıqla müəyyənləşdirməsini təmin etməkdir. Eyni zamanda, onlar lazım gəldikdə sərnişinləri digər faydalı məlumatlarla da təmin edəcək, İslam dünyasının bir parçası olan Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliği, paytaxtımızdakı idman və mədəniyyət yerləri haqqında maraqlı məlumatlar verəcəklər". N.Paşayev bildirib ki, seçim mərhələsində namizədlər arasından 30 nəfər könüllü seçilib: "Sonra onlarla müvafiq təlimatlandırma işi aparılıb, həmçinin könüllülərin çalışacaqları stansiyalarla tanışlıqları təmin edilib. Könüllülərin əksəriyyəti "Bakı-2015" Avropa Oyunları zamanı könüllü kimi metropolitenlə əməkdaşlıq ediblər. Bütün könüllülər müvafiq ləvazimatlarla, o cümlədən geyim dəsti və yaddaş kitabçaları ilə təmin ediliblər. Növbətçilik cədvəli isə onların təcrübəsinə uyğun müəyyən edilib. Könüllülər stansiyaların giriş-çıxışlarında iki növbəli rejimdə fəaliyyət göstərəcəklər".
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
















