İşlədiyi bankdan oğurluq planlaşdıran sürücü-inkassatora hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Hikmət Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin iyulunda “Kapital Bank” ASC-nin Abşeron filialında sürücü-inkassator işləyən 1962-ci il təvəllüdlü Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək üçün filialın binasının içərisində gizlənib.
Gecə saatlarında filialda xidmətdə olan Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşı Hamlet Şıxəliyev içəridə gizlənən Hikmət Əliyevi aşkar edəndə sonuncu bıçaqla mühafizəçiyə hücum edib.
Bu zaman mühafizəçinin üzərindəki xidməti silahı açılıb və güllə onun özünə dəyib.
Mühafizəçi diz nahiyəsindən yaralanıb. Hikmət Əliyev hadisə yerindən qaçıb.
Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Hikmət Əliyevi saxlayıblar.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












