İşlənmiş təkərlərin gömrük rüsumlarının artırılmasına rəsmi cavab - "Yenisini alsınlar"

Gömrük Komitəsi işlənmiş təkərlərin gömrük rüsumlarının artırılması ilə bağlı xəbərlərə də münasibət bildirib. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev qeyd edib ki, artım Nazirlər Kabinetinin qərarı ilə olub: "Malların 57 faizinin qiyməti dəyişilməyib. Dəyişdirilən rüsumlardan sadəcə 7 faizinin qiyməti qaldırılıb. İşlənmiş təkərlərin rüsumu 3 dollar idi, yanvarın 1-dən 10 dollar olub. Bu da nəqliyyat vasitələrinin və vətəndaşların təhlükəsizliyi üçün hökümət tərəfindən atılan addımdır. Təkərlərin gətirilməsinə heç bir məhdudiyyət yoxdur. Məqsəd budur ki, işlənmiş təkərlər dövriyyədən çıxarılsın, insanlar təhlükəsiz olan yeni təkərlərdən istifadə etsinlər".
DGK-nin sədri Aydın Əliyev isə artımla bağlı yaranan narazılıqlara münasibət bildirib: "Mən 40 ildir dövlət qurumlarında işləyirəm və bu sualı gözlədiyim üçün sənədlərlə gəlmişəm. Maraqlıdır ki, noyabrda qərar qəbul edilib, 37 gündən sonra qüvvəyə minib. Noyabrda heç kim etiraz etmirdi, indi Prezident Administrasiyasının qarşısına toplaşıb elə deyirlər ki, sanki bunu gömrük edib. Bu qərarı hökümət qəbul edib. O adamları da kimlərsə toplayıb ora aparır. Təxminən 100 nəfər də komitənin qabağına toplaşmışdı, onlardan kim olduqlarını soruşduq. Cəmi 11 nəfər sənəd verdi, 89-u qaçdı. Bu aksiyaları ictimai asayişin kobud şəkildə pozulması kimi qiymətləndirirəm".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












