İşlərin sürətləndirilməsi üçün maddi yardım istəyəcək – İran

Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikintisi İran üçün çox önəmlidir və bu layihənin tezləşməsi İranın Yol və Şəhərsalma Nazirliyinin gündəmindədir.
Avtosfer.az xəbər verir ki, bunu apa-nın İran bürosuna Qəzvin şəhərinin meri Məsud Nüsrəti deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda “İpək Yolu”nun keçdiyi İran şəhər rəhbərlərinin iclası keçiriləcək: “İclasda Şimal-Cənub dəhlizi müzakirə olunacaq. İpək Yolu Qurucuları Şurası Birlik Fondu və Bankından bu dəhlizdə işlərin tezləşdirilməsi üçün yardım alınması məsələsi gündəmdə olacaq və bu yardımı almağa çalışacağıq”.
O bildirib ki, Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi “İpək Yolu”nun hədəf proqramlarından biridir.
“İranda Qəzvin İpək Yolu proqramlarının mərkəzi kimi seçilib, həmçinin Qəzvin İpək Yolu Qurucuları Şurası Birlik Fondunda İranın nümayəndəsidir. Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi bizim üçün çox önəmlidir. Bu layihə bir çox ölkələri bir-birinə birləşdirir. İran dəmir yolu Azərbaycan və Rusiya dəmir yoluna birləşir”, - deyə o əlavə edib.
M. Nüsrəti xatırladıb ki, İpək Yolu Qurucuları Şurası Birliyi Çin tərəfindən təsis olunub: “Bu Birliyin mərkəzi də Çində yerləşir. Birliyə İpək Yolu üzərində yerləşən 11 ölkə üzvdür. Birlik Şimal-Cənub dəhlizinə önəm verir və əminik ki, İranın Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinə dair işlərin tezləşdirilməsinə yardım təklifi birlik tərəfindən qəbul olunacaq”.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












