İsmayıllı fəlakətlə üz-üzə, 12 ailə çadırlara köçürüldü

İsmayıllı rayonunun Sərsurə kəndi ərazisində torpaq sürüşməsi davam edir. Avtosfer.az report-a istinadən bildirir ki, sürüşmə nəticəsində kənd sakinlərinə məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Evlərin divarlarında çatlar əmələ gəldiyindən, bir neçə ev yaşayış üçün təhlükəli hesab olunub. Kənd sakinlərinin sözlərinə görə, kəndin üst hissəsində təqribən 50 hektardan çox dağlıq və meşəlik ərazidə olan torpaq qatında dərin çatlar yaranıb. Sakinlər hesab edirlər ki, yağışlar davam edərsə, hər an qəzalı vəziyyətə düşən evlərin sayı arta bilər. Uzun illərdir kənddə yaşayan sakinlər, ərazilərdə torpaq sürüşməsinin bu həddə çatmasının ilk dəfə olduğunu deyirlər.
Fövqəladə Hallar Nazirliyinin (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri evlərə baxış keçirdikdən sonra bir neçə evin qəzalı və yaşamaq üçün təhlükəli olmasını əsas gətirərək 12 evin boşaldılmasına qərar veriblər. Ötən gündən etibarən qəzalı vəziyyətə düşən evlərin sakinləri üçün kəndə çadırlar gətirilərək təhlükəsiz yerlərdə qurulub.
İsmayıllı Rayon Fövqaladə Hallar Komissiyasının (FHK) sədri Rövşən Ağayev "Report"a bildirib ki, 2007-ci ildən bu günə qədər İsmayıllı rayon ərazisində torpaq sürüşməsi nəticəsində 30 yaşayış məntəqəsində 192 yaşayış evi qəzalı vəziyyətə düşüb. Hazırda sözü gedən qəzalı evlərdən 6 ev tikilib və 2 evin tikilməsi bərədə qərar qəbul olunub.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












