İsmayıllıda məhv edilən terrorçu ilə bağlı YENİ XƏBƏR

İsmayıllı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Məhərrəm Əhmədov azvision.az-a bildirib ki, xüsusi əməliyyat zamanı məhv edilən ekstremist 1993-cü il təvəllüdlü Cavadov Yaşar Oktay oğlu əslən rayonun Qalacıq kəndindənir. “O, valideynləri ilə birlikdə rayonun mərkəzində yaşayırdı. İsmayıllının Qalacıq kəndindəndir. Subaydır, ailə qurmayıb. Bir qardaşı var, o da namaz qılır, saqqal saxlayır. Atası fəhləliklə ailəsini saxlayır. Anası isə evdar qadındır, normal ailə olublar. Heç kimin onlardan şikayəti olmayıb. Yaşar radikallara qoşulandan sonra tamam dəyişmişdi. Əqidəsi taraz deyildi. Qardaşı yaxşı oğlandır. Deyəsən, o da kiminsə təsirinə düşüb. Məndə olan məlumata görə, Yaşar İsmayıllıda terror törətmək istəyib. Gecə saat 3-də üzərində silahla evdən çıxıb. Onun məqsədi hansısa dövlət qurumunun binasında terror törətmək olub. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları dərhal əməliyyat keçirərək, onun çirkin planının qarşısını alıblar. Nəticədə Yaşar Cavadov zərərsizləşdirilib".
M.Əhmdəvoun sözlərinə görə, Y.Cəfərovun dəfn mərasimində cəmi 10-15 nəfər iştirak edib. İcra rəsmisi əlavə edib ki, öldürülən Y.Cəfərovun yaxın dostu bir müddət əvvəl rayonda partlayış törədib: "Onun dostu bazara qumbara atmışdı. Həmin hadisə zamanı bir neçə nəfər xəsarət almışdı".
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










