İsmayıllıdakı velosiped zavodu bağlanıb? - Rəsmi açıqlama

Sosial şəbəkələrdə İsmayıllı rayonunda fəaliyyətə başlamış “İSMA BİKES” velosiped istehsalı zavodunun bağlandığı barədə məlumatlar yayılıb. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev Modern.az-a açıqlama verib. O bildirib ki, yayılan məlumatlar tamamilə əsassızdır: “Zavod təsərrüfat hesablı müəssisədir. Ora büdcə təşkilatı deyil ki, İcra Hakimiyyəti nəzarəti altında əmək intizamı olsun, yaxud təyinatlara nəzarət edək. Zavodun texniki dayanması da ola bilər, profilaktikası da ola bilər. Yeni müəssisədir, işçiləri treninqlərə də cəlb edə bilər. Biz onları nəzarətə götürməliyik ki, olmaz səhər saat 9-dan axşam 6-a qədər işləməlisiz? Oranın öz iş rejimi, öz qrafiki var. Müəssisənin bağlanmasına gəldikdə isə yalandır”.
R.Ağayev “fəaliyyətə başladığı gündən zavodda neçə ədəd velosiped istehsal olunub” sualına cavab olaraq deyib ki, bununla bağlı Statistika Komitəsi rəsmi açıqlama verəcək: “Zavodun istehsal gücü il ərzində 30 min ədəddir. İndiki halda nə qədər istehsal etdiklərinə dair biz onlardan hesabat götürmürük. Onlar özləri Statistika Komitəsinə rüblük və illik hesabat verəcəklər”.
Zavodun rəhbərliyində təmsil olunan şəxsin kimliyinə gəldikdə, icra nümayəndəsi bu barədə məlumatlı olmadığını bildirib: “Bu şirkətin öz işidir. İcraçı direktor dəyişdirilə də bilər, harasa kursa da göndərilə bilər. Bu barədə məlumatımız yoxdur”.
Xatırladaq ki, velosiped zavodunun açılışı bu il avqustun 10-da olub.
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB












