İsrail Müdafiə Nazirliyinin nümayəndə heyəti DİN-də olub

İyulun 24-də ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Hərbi Təsisatın Təhlükəsizliyi Direktoratlığının direktoru cənab Nir Ben Moşenin rəhbərlik etdiyi nümayəndə heyəti Daxili İşlər Nazirliyində olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qonaqlara ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin dərin qatlara və qədim tarixə malik olduğu, son illər hər iki dövlətin hüquq-mühafizə orqanları arasında ikitərəfli əlaqələrin durmadan inkişaf etməsi diqqətə çatdırlıb.
Daha sonra DİN-in əsas hüquq və vəzifələri, mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə qonaqlara məlumat verilib.
Demokratikləşmə və islahatlar prosesinin DİN-dən də yan keçmədiyi, ölkəmizin Avropaya inteqrasiya etməsi, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edilməsi, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin təcrübə və tövsiyələrindən istifadə edildiyi, qanunların icrasına böyük önəm verildiyi də diqqətə çatdırılıb.
O da qeyd edilib ki, bu gün Azərbaycan MDB məkanında hər yüz min nəfərə düşən cinayətlərin sayının azlığına görə öncül yerlərdən birini tutur, xarici investorların ölkəmizin iqtisadiyyatına sərmayə qoymaları, normal fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb.
Cənab Nir Ben Moşe səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirərək, Bakının simasında ölkəmizin sürətli inkişafından, geniş quruculuq və abadlıq işlərinin aparılmasından, yeni infrastrukturların yaradılmasından məmnunluğunu qeyd edib, hər iki ölkənin müvafiq qurumları arasında işgüzar əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini yüksək dəyərləndirərək, Azərbaycanda yaradılmış tolerantlıq mühitindən razılığını ifadə edib. Səmimilik və işgüzarlıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.
Elmin
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Bəzi avtomobil idarəçilərinin heç sürücülük vəsiqəsi də yoxdur - Ərşad Hüseynov
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO










