İstanbul-Gəncə reysi ilə uçan təyyarə Gəncə Hava Limanına enib

Qatı duman səbəbindən Naxçıvan aeroportunda gözləməyə məcbur olan İstanbul-Gəncə reysi ilə uçan təyyarə Gəncə Hava Limanına enib. Avtosfer.az xəbər verir ki, bunu “Report”a uçuşu həyata keçirən “Türk Hava Yolları”nın Azərbaycan nümayəndəliyinin rəhbəri Seyfullah İlyas deyib. Onun sözlərinə görə, təyyarənin Naxçıvanda qrafikdən artıq gözləməsinin səbəbi Gəncə aeroportunda qatı dumanın olmasıdır: “Bizim reyslər Naxçıvan üzərindən həyata keçirilir. Yəni təyyarələrimiz Naxçıvan hava limanında eniş edir, daha sonra isə Gəncəyə uçur. Məlum səbəbdən yubanma olduğu üçün sərnişinlərimiz bir qədər narahat olublar. Amma belə hallarda biz öz sərnişinlərimizə yardım edirik. Gəncə Hava Limanında duman çəkildiyi üçün təyyarə aeroporta uğurlu eniş edib”.
Xəbər verdiyimiz kimi, bu gün baş tutmalı olan İstanbul-Gəncə reysi qatı duman səbəbindən yubanmışdı. THY tərəfindən İstanbul-Gəncə reysi ilə uçan təyyarə yerli vaxtla 08:30-da Gəncəyə eniş etməli idi.
Xatırladaq ki, bu reys həftənin şənbə və bazar günləri həyata keçirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












