İstanbul metrosunda terror təhlükəsi

Bu gün İstanbulun Vəznəcilər rayonunda törədilən terror aktlarından sonra şəhərin metro stansiyalarında təhlükəsizik tədbirləri gücəndirilib. Bu barədə Avtosfer.az Türkiyə KİV-nə istinadən xəbər verir. Məlumata əsasən bütün metro stansiyalarda polis tərəfindən vətəndaşlar diqqətlə yoxlanılır. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi bəzi vətəndaşların narazılığına səbəb olub. Sakinlərlə polos əməkdaşları arasında mübahisələr yaşanıb. Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib. Terror aktı nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3-nün vəziyyəti ağırdır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












