İstanbul və Ankara reysləri bərpa edilib

Fətullahçı Terror Təşkilatının (FETO) dövlət çevrilişi cəhdi səbəbi ilə “Azərbaycan Hava Yolları” QSC-nin iyulun 16-da ləğv edilən İstanbul və Ankara şəhərlərinə yerinə yetirilən reysləri bərpa olunub.
AZAL-dan Avtosfer.az-a verilən məlumata görə, şirkət Ankaraya həftənin çərşənbə axşamı və bazar günlərindən başqa, 1-3-4-6-cı günləri 09:10-da, 5-ci gün isə saat 16:15-də olmaqla uçuşlar təşkil edir. İstanbula olan uçuşlar isə hər gün saat 08:45, 16:35 və 19:15 saatlarında reallaşdırılır. Şirkət bu istiqamətlər üzrə aviareysləri “B 767/845”, “B 1915/767”, “A 1635/319” nömrəli təyyarələrlə həyata keçirir. AZALJET reyslərinə bir istiqamət üzrə biletin qiyməti 49 avrodan başlayır. Hər iki istiqamət üzrə isə biletlərin qiyməti 98 avro təşkil edir.
“Türk Hava Yolları”nın (THY) Bakı ofisindən isə “Report”a bildirilib ki, İstanbul istiqaməti üzrə şirkət uçuşları əvvəlki qaydada davam etdirir.
Eyni zamanda THY-nın “TK 003” nömrəli təyyarə ilə təşkil olunan İstanbul-Nyu-york aviareysi də bugündən bərpa olunub.
Qeyd edək ki, ABŞ-ın Federal Aviasiya Federasiyası (FAF), iyulun 16-da ölkənin hava yolu şirkətlərinin İstanbula və ya İstanbuldan ABŞ-a gələcək hər hansı bir hava yolu şirkətinin eniş etməsinə qadağa qoymuşdur.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










