İstanbul və Bakı arasında 8 təyyarə reysi ləğv edildi

İstanbul və Bakı arasında səkkiz təyyarə reysi ləğv edilib. Bu barədə APA-ya Heydər Əliyev Bakı Beynəlxalq Hava limanından verilib. Məlumata görə, İstanbuldakı qarlı-şaxtalı hava üzündən İstanbulun Atatürk hava limanından Bakıya uçmalı olan TK 334/J2 6334 (yanvarın 9-u saat 20.00-da Bakıya eniş etməli idi), TK 336/J2 6336 ( yanvarın 10-u saat 01.50-də Bakıya eniş etməli idi), TK 338/J2 6338 (yanvarın 10-u saat 05.40-da Bakıya eniş etməli idi), Sabiha Gökçen hava limanından TK 340 (yanvarın 10-u saat 03.50-də Bakıya eniş etməli idi) saylı reyslər ləğv edilib. Bundan başqa, Bakıdan İstanbulun Atatürk hava limanına TK 335/J2 6335 (yanvarın 9-u saat 20.55-də yola düşməli idi), TK 339/J2 6339 (yanvarın 10-u saat 04.45-də yola düşməli idi), TK 337/J2 6337 (yanvarın 10-u saat 07.50-də yola düşməli idi), Sabiha Gökçen hava limanına TK 341 (yanvarın 10-u saat 06.10-da yola düşməli idi) saylı reyslərlə də uçuş həyata keçirilməyib.
Uçuşların nə vaxta təxirə salındığı barədə məlumat yoxdur. Ləğv edilən reyslərin hamısı “Türk hava yolları”na məxsusdur. Qeyd edək ki, “Türk hava yolları” İstanbuldan təkcə bu günə planlaşdırılan 121 reysi ləğv edib.
“Azərbaycan Hava Yolları”na məxsus J2 8076/TK 8438 və J2 8080/TK 8436 saylı reyslər isə İstanbuldan Bakıya həyata keçirilib və artıq Azərbaycan paytaxtına çatıb.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










