İstanbulda nə baş verir? - Körpülər bağlanıb -YENİLƏNİB - VİDEO
Gündəm
16 İyul 2016 00:28

Boğaziçi və Fatih Sultan Mehmet körpülərində maşınların giriş-çıxışı qadağan edilib
Türkiyənin İstanbul şəhərində körpülər bağlanıb. “Qafqazinfo” haberturk-ə istinadən xəbər verir ki, Boğaziçi və Fatih Sultan Mehmet körpülərində maşınların giriş-çıxışı qadağan edilib. Körpülər üzərində uzun tıxaclar yaransa da rəsmi şəxslər bununla bağlı hələ ki, heç bir açıqlama verməyiblər. Videolardan mühafizə işlərinə əsgərlərin cəlb edildiyi görünür. Türkiyə vətəndaşlarının sosial şəbəkələrdə yaydıqları məlumatlara görə, Ankarada da döyüş təyyarələri alçaq uçuşlar həyata keçirirlər.
Ankarada silah səsləri eşidilir. Küçələrdə, körpülərdə keşik çəkən polislər vətəndaşlara evlərinə qayıtmağı, yollara çıxmamağı tövsiyyə edirlər. Türkiyə Baş naziri Binəli Yıldırım məsələ ilə bağlı ilk açıqlamasını verib. O, NTV telekanalına qısa çıxışında bildirib ki, ilkin ehtimala görə, ölkədəki bu hadisə hərbi çevrilişə cəhd kimi qimətləndirilir. Yıldırım qeyd edib ki, Türkiyənin hazırkı hökuməti xalqın istəyi ilə seçilib və heç kəs demokratiyanın işinə kölgə sala bilməz.

Oxunub : 1546
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
13 Oktyabr 2026 18:15
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
13 Oktyabr 2026 18:11
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
13 Oktyabr 2026 17:41
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
13 Oktyabr 2026 15:11
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
13 Oktyabr 2026 14:30
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
13 Oktyabr 2026 14:11
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
13 Oktyabr 2026 12:00
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
13 Oktyabr 2026 11:30
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
13 Oktyabr 2026 11:00
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
ŞƏRH YAZ












