İstanbuldan 463 aviareys təxirə salınıb

Türkiyənin İstanbul şəhərində Atatürk və Sabiha Gökçən hava limanlarında pis hava şəraiti ilə əlaqədar bir neçə istiqamət üzrə reyslər təxirə salınıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, gözlənilən meteoroloji hadisə (güclü qar yağışı) səbəbindən hava limanlarında uçuşlar 20% azaldılıb. “Türk Hava Yolları” (THY) aviaşirkətinin bugünə və sabaha (yanvarın 27-nə) planlaşdırılan 327 daxili və beynəlxalq reysi yerinə yetirilməyəcək. “Pegasus” 110, “Atlasglobal” 20, “Onurair” hava yolları isə 6 reysini təxirə salmaq məcburiyyətində qalıb. Ümumilikdə, hava limanlarından 463 reys yerinə yetirilməyəcək. THY sərnişinlərdən səyahətə çıxmazdan əvvəl uçuşların son vəziyyəti ilə bağlı məlumatları şirkətin çağrı mərkəzlərindən öyrənmələrini xahiş edir. Məlumat üçün bildirək ki, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən “Report”a verilən məlumata görə, şirkətin bu gün sözügedən istiqamətdə nəzərdə tutulan reysləri yerinə yetirilib. Sabaha olan reyslərdə isə təxirəsalma gözlənilmir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












