İsti hava nə qədər davam edəcək?

Hazırda Bakıda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksəkdir. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. G.Məmmədovanın sözlərinə görə, son günlər ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim norması daxilində tərəddüd edir. Bəzi günlərdə isə temperatur iqlim normasından 2-3 dərəcə yüksək olub: “Son 3-4 gün ərzində Bakıda havanın temperaturu 35-39 dərəcə arasında dəyişib. Bölgələrdə isə 35-40, bəzi yerlərdə 41 dərəcə müşahidə edilib. G.Məmmədovanın sözlərinə görə, yaxın 2-3 gün ərzində ölkə ərazisində isti hava şəraiti davam edəcək. Bakıda temperaturun 32-37 dərəcə, Aran rayonlarında isə 35-40 dərəcə isti olacağı gözlənilir.
G.Məmmədovanın sözlərinə görə, yayda belə isti hava şəraiti əvvəlki illərdə də müşahidə edilib: “İyul-avqust yayın ən isti aylarıdır. Əvvəlki illərdə olduğu kimi bu il də havanın temperaturu yüksəkdir. Belə hava şəraiti ötən illərdə də müşahidə edilib”.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












