“İstintaqdan narazıyam...” - 70 mini oğurlanan Fəridə

Xəbər verdiyimiz kimi, Azərbaycanın peşəkar taeкvondoçusu Fəridə Əzizovanın mənzilində oğurluq hadisəsi baş verib. İdmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparanın Gəncə şəhər sakini, rəfiqəsinin sevgilisi Nicat İsrafilovun olduğu məlum olub. Məsələylə bağlı “Qafqazinfo”ya açıqlama verən Fəridə Əzizova Nicat İsrafilovun sərhəddə saxlanıldığını bildirib: “Nicat dekabr ayında ölkədən qaçmağa çalışıb. Naxçıvandan Türkiyəyə keçmək istəyəndə sənədsiz olduğu üçün sərhəddə tutulub.
Hazırda istintaq gedir. Onun bu işi tək etmədiyi düşünülür. Hələ ki, Kürdəxanıda saxlanılır. Ötən ilin dekabrında tapılıb, yanvarda isə Bakıya gətirilib. İstintaq işindən narazıyam, bu müddət ərzində heç bir iş görülməyib. Pulun qaytarılacağını deyirlər, heç kim söz vermir. Hadisədən isə 5 ay keçib”.
Taekvandoçu N. İsrafilovun yaxın rəfiqəsinin sevgilisi olması ilə bağlı xəbərə münasibət bildirmək istəməyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












