İstirahət günü güclü külək əsəcək, şimşək çaxacaq, dolu düşəcək

İstirahət günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, aprelin 23-də paytaxtda axşam buludluluğun artacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-9° isti, gündüz 15-19° isti olacağı gözlənilir. Bakıda gecə 7-9° isti, gündüz 16-18° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50% təşkil edəcək. Aprelin 24-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 24-də Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi metohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Fidan
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












