İsveçrənin qatar istehsalçısı ümidini Azərbaycana bağlayıb

İsveçrənin qatar istehsalı sahəsində ixtisaslaşmış "Stadler" şirkətinin Belarusdakı nümayəndəliyi Gürcüstan və Azərbaycanda yeni alıcılar axtarır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "Stadler - Minsk" Rusiyanın "Aeroekspress" şirkətinə sata bilmədiyi 4 qatar üçün iki ölkəni alıcı qismində nəzərdən keçirir. Şirkətin direktoru Filipp Brunner bildirib ki, Rusiya rublunun dəyərdən düşməsi "Aeroekspress"i sifarişini nəzərə çarpacaq dərəcədə azaltmağa vadar edib: "Aeroekspress"ə 11 ədəd ikimərtəbəli qatar tədarük edilib. Bu, 44 vaqon olmaqla, 4 və 6 vaqon heyətindən ibarət nəqliyyat vasitələridir. 9-u ədədi Belarusda yığılan qatarlar Rusiyada artıq sertifikasiyadan keçib. Daha 4 ədədi isə Fanipolda zavodda qalıb. Hazırda onlar üçün alıcı axtarırıq. Ümid edirik ki, qatarlar Azərbaycan və ya Gürcüstanın diqqətini çəkə bilərlər. Çünki bu ölkələrdə qeyd edilən nəqliyyat vasitələrinin xüsusiyyətlərinə bənzər ikimərtəbəli qatarlar istismar olunur. Bu, ən əlverişli variant ola bilərdi". Xatırladaq ki, "Stadler - Minsk" və "Aeroekspress" 2014-cü ildə dəyəri 381 mln. avro həcmində 25 qatarın (118 vaqonluq) alınmasına dair müqavilə imzalayıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












