İt dişləyən 5 yaşlı qız dünyasını dəyişdi - VİDEO

Sumqayıtda it dişləyən 5 yaşlı qız xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisə iyulun 31-də 10 -cu mikrorayonda, 40 saylı binanın qarşısında baş verib. Quduz itin 5 yaşlı Zeynəb Mikayılzadəni dişləməsindən sonra Ailəsi onu Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına aparılıb. Qızcığaz bir neçə gündən sonra dünyasını dəyişib. Babası nəvəsinin ölümündə həkimləri günahlandırır.
Sumqayıt şəhər Səhiyyə şöbəsindən suallarımızı cavablandıran tapılmadı. Qızcığazı Xəstəxanaya çatdıran Təcili Tibbi Yardım işçiləri isə bildirib ki, uşaq gətirilən kimi müəyyən olunmuş dozada ona 2 dəfə vaksin vurulub. 4 gün xəstəxananın uşaq şöbəsində qalıb, sonra valideynləri evə aparıb.
Evdə yenidən uşağın vəziyyəti gərginləşdiyi üçün təkrar xəstəxanaya müraciət ediblər. Onu bu dəfə Bakı şəhər 1 saylı Uşaq İnfeksion Xəstəxanasına göndəriblər. Orada daha bir vaksin vurulub. Buna baxmayaraq uşağın vəziyyəti ağırlaşıb və dünyasını dəyişib.
Xəstəxanadan o da bildirildi ki, bu məsələ Tibbi Şurada müzakirə olunub. Həmin gün 10 və 11-ci mikrorayon ərazisindən 10 nəfəri it dişəyib. Onların hamısına vaksin vurulub, heç birində quduzluq əlaməti yoxdur. Ümumilikdə isə ay yarım ərzində xəstəxanaya 200 nəfər it dişləməsi diaqnozu ilə gətirilib .Yalnız gətirilənlərdən birində-5 yaşlı Zeynəbdə ağırlaşma olub və o dünyasını dəyişib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












