İtkin alpinistlərin axtarışı dayandırıldı

Ötən ilin dekabr ayının sonlarında Qusar ərazisində itkin düşmüş 3 alpinistin axtarışlarını son 2 gündə aparmaq mümkün olmayıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, buna səbəb son günlərdə müşahidə edilən kəskin hava şəraiti olub. Fevralın 18-dən başlayaraq əraziyə yenidən güclü qar yağıb. Axtarış aparılan ərazilərdə qarın hündürlüyü 60 sm-ə yaxındır. Güclü qar olan ərazidə hər an uçqun təhlükəsi olduğu üçün axtarışlar aparmaq qorxuludur.
Bununla belə FHN-nin əməkdaşları yaradılmış qərargahı tərk etməyib, iki gün əvvəl yük avtomobili ilə qərargah üzvlərinə ərzaq da aparılıb.
Hazırda Qubanın Xınalıq kəndindən Şahdüzünə gedən yol da güclü qar səbəbindən bağlıdır. Yolun açılması müvafiq qurumların köməyilə təmin ediləcək. Hava şəraiti imkan verən kimi axtarışlar bərpa ediləcək.
Xatırladaq ki, itkin düşənlər “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadədir. Onların axtarışı ötən ilin son günlərindən davam etsə də, hələlik heç bir nəticə əldə edilməyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












