İtkin düşmüş Rusiya gəmisinin axtarışı əlverişsiz hava şəraitinə görə çətinləşir

Rusiya Fövqəladə Hallar Nazirliyi Yapon dənizi hövzəsində itkin düşmüş "Vostok" balıqçı gəmisinin axtarışı üzrə işləri davam etdirir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in Primorski vilayəti üzrə baş idarəsinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, axtarış əməliyyatlarının həyata keçirilməsi böyük dalğalar və güclü külək səbəbindən çətinləşir. Gecə saatlarında axtarış işləri bölgədə olan və oradan keçən gəmilər tərəfindən həyata keçirilir. Aviasiya ilə axtarışlar yanvarın 26-sı səhər saatlarında bərpa ediləcək. Xatırladaq ki, Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində itkin düşüb. Gəminin göyərtəsində 21 nəfər, o cümlədən iki azərbaycanlı - 1972-ci il təvəllüdlü dənizçi Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü dənizçi Ruslan Əlizadə olub. İlkin məlumatlara görə, onlar Rusiya vətəndaşlarıdır. Axtarış-xilasetmə işlərinə 7 ədəd texnika və 102 nəfər şəxsi cəlb olunub. Axtarışlar, hələ ki, bir nəticə verməyib.
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB










