İtmiş təyyarənin sərnişinlərinin qohumları axtarışa təkid edirlər

2014-cü ildə itmiş, Malayziya Hava Yollarına məxsus “Boeing-777” təyyarəsinin sərnişinlərinin qohumları onun axtarışının davam etdirilməsində təkid edirlər. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, onlar təyyarənin parçalarının özəl qaydada axtarışı üçün kampaniyaya start veriblər. Xəbər verdiyimiz kimi, Avstraliya, Malayziya və Çinin nümayəndələrinin daxil olduğu Axtarışları Əlaqələndirmə Mərkəzi (JACC) yanvarın ortalarında bəyanatla çıxış edərək 2014-cü il martın 8-də itmiş təyyarənin axtarışlarının dayandırıldığını bildirib. Bundan sonra Malayziya hökuməti fərdi şəxslərə və təşkilatlara qırıntıların axtarışını davam etdirməyə icazə verib. Təşkilatçılar əməliyyatların əvvəl aparıldığı rayonun şimalında axtarışların davam etdirilməsi üçün 15 milyon dollar toplamaq niyyətindədirlər. Malayziya hökuməti həlak olanların qohumlarının bu təşəbbüsünü dəstəklədiyini bildirib. Nəqliyyat naziri Liou Tionq Layın dediyinə görə, hökumətin bu əməliyyata yardım göstərmək məsələsi əlavə müzakirə olunacaq. Malayziyanın region ölkələri ilə əldə etdiyi razılığa əsasən, başqa dövlətlər təyyarənin parçalarını tapdığı təqdirdə onun fotolarını Malayziya tərəfinə də təqdim edəcək. Əgər həmin parçalar maraq doğurarsa, onlar tədqiq olunmaq üçün Malayziyaya göndəriləcək.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












