İzzət Bağırovun mühafizəçisinin döydüyü şəxsin vəziyyəti ağırdır

“Biz İzzətin həbs olunmasını istəmirik. Bir tək istəyimiz var, yoldaşım sağalsın”. Avtosfer.az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında müğənni İzzət Bağırovun işçilərinin döydüyü Novruz Aslanovun həyat yoldaşı deyib. O bildirib ki, N.Aslanovun vəziyyəti ağır olaraq qalır: “Bizə dünən gəlib dedilər ki, istintaq getdiyinə görə mətbuata açıqlama verməyin. Şəkillərdən görürsünüz ki, yoldaşımın vəziyyəti ağırdır. Hadisə baş verən gündən xəstəxanadayam. İzzət Bağırovun özü də gəlmişdi. Kömək təklif etdi, biz heç nə qəbul etmədik. Onlardan heç nə tələb eləmirik. Bir tək tələbimiz odur ki, yoldaşım sağalsın. Şikayət də etmirik. Allah özü bilən məsləhətdir. Allah özü onların cəzalarını versin. Son olaraq, deyə bilərəm ki, yoldaşımın vəziyyəti elə ağır olaraq qalır”.
3 saylı Şəhər Kliniki Xəstəxanasından bildirilib ki, xəstənin vəziyyəti hazırda stabil ağırdır.
Qeyd edək ki, hadisə avqustun 31-də, paytaxtın Nizami rayonunda yerləşən “Neolit” şadlıq evində olub. Belə ki, Novruz Aslanovun yaxın qohumlarının ali məktəbə daxil olması münasibətilə məclis təşkil edilib. Həmin məclisdə operator müğənnini yox, qonaqları çəkdiyi üçün gərginlik yaşanıb. İ.Bağırov isə “Niyə tərbiyəsizlik edirsiniz? Sənətkarı çəkmirsiniz”, - deyib. Bu isə məclis təşkilatçılarının xoşuna gəlməyib. Dava da bunun üstündə olub. Nəticədə İzzət Bağırovun Elçin adlı prodüseri məclis iştirakçılarından olan Aslanov Novruza “beşbarmaq”la zərbələr endirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb.
İzzət Bağırovun vəkili Ceyhun Yusifov da bildirib ki, artıq tərəflər barışıb: “Görüş zamanı barışıq əldə olunub. Zərərçəkən tərəf heç bir şikayət və tələbinin olmadığını bildirib. İzzətin köməkçisi Elçinlə bağlı hüquq-mühafizə orqanlarına şikayət və tələb olmadığı barədə ərizə verilib”.
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI










