Banner

184 illik rəsm əsərinə zərər vurdu - 4500 avro cərimələndi

Hadisə 3 Mart 2025 23:15 Oxunub 412
184 illik rəsm əsərinə zərər vurdu - 4500 avro cərimələndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz|

Almaniyanın Vismar şəhər bələdiyyə binasının divarında asılan 184 illik rəsm əsərinə yanlışlıqla zərər vuran şəxs böyük miqdarda cərimələnib.

Avtosfer.az “Bild” qəzetinə istinadla xəbər verir ki, bələdiyyə binasında keçirilən məzuniyyət mərasimində məzunlar ənənəyə uyğun olaraq papaqlarını havaya atıblar. Bu vaxt onlardan biri papağını yanlışlıqla divarda asılmış 184 illik rəsm əsərinə - vaxtilə şəhərin meri olmuş Anton Hauptun 1841-ci ildə çəkilmiş portretinə fırladıb. Nəticədə 15 santimetr ölçüdə cırılan rəsm əsərinin boya qatı və əsas təbəqəsi ciddi zədələnib. Hazırda portret bərpa olunur. Onun bərpasına çəkiləcək 4500 avro həmin məzun tərəfindən ödəniləcək.

1826-1835-ci illərdə Vismar şəhərinin bələdiyyə sədri olmuş Anton Hauptun portreti onun ölümündən sonra – 1841-ci ildə rəssam Karl Düberq tərəfindən çəkilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh