"İllər öncə işdən azad olunmuşam" - Niyaməddin Musayevin qızı

Son günlər Xalq artisti Niyaməddin Musayevin qızı Röya Musayeva haqqında informasiyalar sosial mediada böyük müzakirələrə səbəb olub. Belə ki, Röya Musayevanın Fövqəladə Hallar Nazirliyində nazir Kəmaləddin Heydərovun əmri ilə vəzifəsindən azad olunması barədə xəbərlər yayılıb.
Avtosfer.az xəbər verir ki, yayılan məlumatlarla bağlı Röya Musayeva Oxu24.com-a müsahibə verib.
Həmin müsahibədən bir hissəni təqdim edirik:
- Röya xanım, bu gün yerli mediada Sizin vəzifənizdən azad olunmağınız barədə məlumat yayıldı. Bu informasiya müəyyən suallara səbəb oldu. Siz nə zaman vəzifənizdən azad olunmusunuz?
- Bütün bunlar yalnış informasiyalardır. Mən Kanadaya köçməmişdən öncə ərizəmi yazıb işdən çıxmışam. Bundan əvvəl yazılan xəbərlərdə də mənim həmin nazirlikdə işlədiyim yazılmışdı. Yəni əvvəllər işləmişəm, hazırda yox...Yayılan xəbərdə "hazırda orada işləyir" yazılmamışdı axı... Bu xəbərlər hardan çıxdı?
- Röya xanım, sosial şəbəkələrdə Sizin müğənni Təranə Qumralın müraciətindən sonra işdən çıxarılmağınız yazılır. Buna münasibətiniz?
- Xeyr, bu tamamilə əsassız xəbərlərdir. Dedim axı, saytlarda yazılan informasiyalarda "işləyib" yazılmışdı.Öz ərizəmlə illər öncə işdən azad olunmuşam. Xahiş edirəm, bu xəbərləri yazarkən Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəsmi məlumatlarına istinad edin. Orada hər şey yazılıb. Bəzi jurnalistlər, adamlar qruplaşma yaradıblar. Müəyyən təbliğatlar aparırlar. Ayıbdır, vallah... Qurumla durumun mənasını ayırd edə bilməyən adam məni işdən necə çıxartdıra bilər ki?...Mümkünatsız şeydir...
- Röya xanım, ən çox müzakirə mövzusu Sizin "polkovnik" rütbənizlə bağlıdır. Münasibətiniz?
- Yalnışdır... Məni bu cürə mənasız suallarla narahat etməyin... Əsassızdır...
- Bəs sizin vətəndaşlarla, şəhid ailələri ilə görüşləriniz olub. Həmin görüşlərdən fotolar var...
- Mən Nazirliyin işçisi olmuşam. Vətəndaşlarla görüşməyim normal haldır. Burada nə var ki?
- Siz məni doğru başa düşmədiniz... Formada görüşünüzü nəzərdə tuturam...
- Hamısı boş iddialardır...Sübutlarla gəlin, insanları boş-boş ittiham etməyin. Hamısı o xanımın iddialarıdır. Yaxında özüm geniş açıqlama verəcəyəm, sağ olun...
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO










