DİN İmişlidəki qəza ilə bağlı MƏLUMAT YAYDI
Gündəm
22 Yanvar 2025 09:18
Oxunub 190
Yanvarın 18-də İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlər Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən qəbul edilib.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, qəbulda ailə üzvlərinə hadisənin təfərrüatları, maddi sübutlar – görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib.
Vurğulanıb ki, DİN tərəfindən hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılır.
Görüşdə zərərçəkənləri maraqlandıran suallar cavablandırılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR