İnsanlara elə bil qəsdən əzab verirlər: Tıxaclar kimin marağına xidmət edir? - AÇIQLAMA

Paytaxt yollarındakı hərəkətin nizamsızlılğına bir çox amillər səbəb olur. Bunlardan biri də ayırıcı zolaqların qaydalara uyğun çəkilməməsidir. Bakının bəzi küçə və prospektlərində birtərəfli yolda qoşa xətlər də sürücüləri çaş-baş salırdı. Uzun müddət çaşqınlığa səbəb olan bu xətlərin nəyə xidmət etməsini ekspertlər müxtəlif cür şərh edirdilər.
Avtosfer.az xəbər verir ki, bu barədə Hüquqşünas Ərşad Hüseynov Konkret.az-a standartlara görə bu cür yollarda qoşa xətt olmadığını deyib:

“Bakıda birtərəfli yola qoşa xətt çəkildi və müəyyən vaxtdan sonra bunun yanılış olduğunu bilib yığışdırdılar. Sadəcə səhv etmişdilər. İndiyə kimi niyə yığışdırılmamasının səbəbi də bəllidir. Azərbaycanda asfalt örtüyünü zədələmədən həmin xətləri aradan qaldırmaq üçün avadanlıq yox idi. Avadnlıq son iki ayda əldə olunub. Xüsusi maşınlar asfalt örtüyünü zədələmədən xətti poza bilir. İndiyə kimi bu cür xətlərin həmin yollarda mövcudluğu məhz bununla bağlı olub. Onu çəkənlərin mülahizəsi də maraqlı idi. Onlar hesab edirdilər ki, eyni istiqamətdə beş, altı zolağın olması təhlükəlidir. Sürücülərin çox geniş məkanda hərəkət eləməsi bəzi təhlükəli manevrlərə və qəzalara səbəb olurdu. Ona görə bu xətti çəkməklə geniş hərəkət məkanını məhdudlaşdırmağı düşünüblər. Ona görə ləğv edilən həmin qoşa xətt birtərəfli yolu ikiyə bölürdü. Sonra, Heydər Əliyev prospekti 4 hərəkət hissəsindən ibarətdir. Hər tərəfdə iki hərəkət hissəsi mövcuddur, üç ayrıcı zolağı var. Ayırıcı zolaq olmasa burada aləm biri-birinə qarışar və sürücülər sağa-sola hərəkət etməklə nizamsızlıq yaradar. Bu da ciddi təhlükə deməkdir. Aeroport yolunda da bunu qoşa xəttlə tənzimləmək istəmişdilər amma özünü doğrultmadı”.
Son vaxtlar paytaxt yollarında yeni avtobus zolaqlarının yaratdığı narahatlıq da tıxaclara səbəb olur. Üstəlik üç hərəkət hissəli yolun bir hissəsini avtobus, digərini isə velosoped zolağına ayrmaq onsuz da dar küçələrdə hərəkəti bir qədər çətinləşdirir:
“Avtobus zolaqlarının çəkilməsi yaxşı haldır. Amma bunun başqa tərəfi də var. Avtobus zolağı varsa həmin yollar avtobuslarla dolu olmalıdır. Əgər avtobuslar dəqiq qrafiklə işləsələr bu, ümumi hərəkət sıxlığının aradan qaldırılmasına kömək edəcək. Əgər şəxsi avtomobiliylə hər gün tıxacda əziyyət çəkən bir nəfər avtobusların dəqiq qrafiklə hərəkət etdiyini görsə, o zaman ictimai nəqliyyatdan istifadəyə üstünlük verəcək. Təəssüflər olsun ki, avtobus zolaqları yaradılsa da dəqiq qrafik anlayışı yoxdur. Zolaq varsa orada avtobusların intensiv hərəkəti olmalıdır. Bu velosiped zolağına da aiddir. Velosiped həm ekoloji, həm də iqtisadi baxımdan sərfəli olsa da bu nəqliyyat vasitəsindən istifadə edən yoxdur. İndi gəlin Bakıdakı velosiped yollarına nəzər yetirək. Gün ərzində həmin zolaqlardan neçə velosipedçi istifadə edir?”
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO










