"İnzibati yollarla taksiləri sıradan çıxarsaq..." - Deputat

“Taksi məsələsi ölkədə ciddi problemdir. Uzun illərdir, müəyyən irəliləyişlər olur, amma problem tam həllini tapa bilmir. Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olmaq bir çox ölkələrdən fərqlidir. Məsələn, qardaş Türkiyədə taksi qeydiyyat nişanları alınır. Sanki bir az orada da monopoliya var. Nəzərə alaq ki, insanlarımızın böyük hissəsi ailəsini dolandırmaq üçün taksi işləyir. Buna görə də istənilən bir qərar veriləndə ilk növbədə əhalimizin aztəminatlı hissəsini fikirləşməliyik. Taksi sahəsində sadə vergi sistemi olmalıdır.
Qəlizləşdirilməməlidir ki, taksi fəaliyyəti ilə məşğul olanlar ailələrinə bir tikə çörək pulu apar bilsinlər. Hazırda yaranan gərginliyi aradan qaldırmaq üçün taksi sayını artırmaq lazımdır. Hələlik əlimizdə olan imkanlar budur. Taksi sayının 25 minə endirilməsi ilə bağlı narahatlıqları başa düşürəm. Daha yumşaq qərar verilməlidir. Elə etməliyik ki, sahə inzibati yollarla deyil, bazar iqtisadiyyatının tələbinə uyğun formalaşsın. Bu da sahibkarlığın bir növüdür”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib.
“İnsanlar taksi xidmətləri arasında rəqabətə uyğun seçim edə bilməlidirlər. Kimin keyfiyyətli avtomobili var və ucuz qiymətə aparırsa, təbii ki, ilk növbədə ona müraciət olunacaq. Digərləri isə təbii yollarla sıradan çıxacaq. Biz inzibati yollarla taksiləri sıradan çıxarsaq, müəyyən şəxslər oğurluqla məşğul olacaqlar. Dövlət isə heç nə qazanmayacaq. Elə etməliyik ki, ayrı-ayrı mafiyoz taksi qurumları, işbazlar yox, dövlətimiz, sadə insanlarımız qazansın", - deputat bildirib.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












