İranda həbsdə olan Fəridin sevdiyi qız agent imiş? - VİDEO

"İranda günahsız olaraq həbsxanada saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli olayında diqqətimi iranlı qızın kimliyi çəkib. Fəridin anasının aözlərinə görə, oğlu Almaniyanın Yena Universitetində təhsil alarkən, İrandan bu universitetə praktika üçün gələn iranlı qızla tanış olub. Həmin qız praktikası başa çatandan sonra İrana qayıdıb".

Avtosfer.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, bundan sonra Fərid iranlı qızla İstanbulda görüşməyə qərara gəlsə də, qız İstanbula gəlməyib:
"O, telefonda bunu Fəridə belə izah edib ki, guya viza məsələsini həll edə bilməyib. Axı İran vətəndaşına Türkiyəyə getmək üçün viza tələb olunmur. İran vətəndaşları illərdir sərbəst şəkildə Türkiyəyə səfər edirlər. Bundan sonra Fərid Səfərli İrana gedib və dərhal da saxta ittihamla həbs olunub. Məndə belə təəssürat yaranıb ki, iranlı qız Fəridi İrana gətirmək üçün viza mövzusunu uydurub. Almaniyaya praktikaya getmək üçün maliyyə vəsaiti olan iranlı qızın Türkiyəyə getməsi üçün də bir maneəsi olmamalı idi. Fəridin həbsxanada olduğu müddətdə həmin qızın onunla görüşə təşəbbüs göstərməsi barədə məlumat yoxdur. Həmin qız ölkəsinə gətirdiyi Fəridin “casus” damğası ilə həbsxanaya atılmasına seyrçi qalıb. Ya həmin qız ailəsinin təzyiqi ilə Fəridə dəstək verməkdən qorxub, ya da elə Almaniyada olarkən İran kəşfiyyatının tapşırığını yerinə yetirib".
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












