Banner

İş yerlərinin yeni fırıldağı: Maaşınızı kartdan çıxarmaq üçün əlavə pul ödəməlisiniz - FOTO

Gündəm 2 Dekabr 2024 18:36 Oxunub 544
İş yerlərinin yeni fırıldağı: Maaşınızı kartdan çıxarmaq üçün əlavə pul ödəməlisiniz - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün ölkəmizdə bir çox mövzularda öz işçilərinin hüquqlarını təmin etməyən müəssisə rəhbərlərinin sayı kifayət qədərdir. Bir çox hallarda şirkət sahibləri işçisini işdən azad etmədən, əlavə ödənişlərə xərci çıxmadan, işçiləri istefa, işdən azad olunma ilə bağlı ərizə yazmağa məcbur edirlər. İşçi öz hüququnu tələb etdiyi zaman isə onun “Əmək kitabçası”nı korlamaqla təhdid edirlər. Bununla yanaşı bir çox hallarda müəssisə ilə işçi arasında bağlanan müqavilələrə daxil olmayan, lakin işçinin hüququnu açıq şəkildə pozan məqamlar da olur ki, vətəndaşlar bu məsələlərlə əlaqədar hüquq-mühafizə və məhkəmə orqanlarına şikayət etməyə çəkinirlər.

Avtosfer.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə bank kartlarından istifadə ilə bağlı bəzi  şikayətlər müzakirə mövzusuna çevrilib.

Belə ki, əsas problem bank kartlarının bəzilərinin üzərində son istifadə tarixi 2025-2028 (məs. 10/26,11/28) qeyd edildiyi halda, hər ilin sonunda kart bloklanır. Bu bloklanmanı aradan qaldırmaq üçün isə karta 10 manat ödəniş tələb olunur. Yəni istənilən ödəmə terminalından, ATM-dən kartın hesabına 10 manat vurulur, bu məbləğ bloklanma və illik xidmətlər üçün hesabdan tutulur və bloklanma dayandırılır. Üstəlik bu hal hansısa özəl və dövlət sektorunda çalışan şəxslərin maaş kartları ilə bağlı da dəyişməzdir. Maaşını kartdan çıxarmaq istəyən vətəndaş bunun üçün ödəniş etməyə məcbur qalır. Anoloji halla bağlı ən çox şikayətlər isə “Rabitəbank”la əlaqədardır.

Məsələ ilə bağlı, bankın PR məsələləri üzrə meneceri Ayna Rəsulova bildirib ki, bankın mütərilərinə təklif etdiyi şərtlər müxtəlifdir:

“Bank onunla əməkdaşlıq edən şirkətlərə müqavilə əsasında xidmətlər təklif edir. Elə şirkətlər var ki, işçilərinə kart sifariş verdiyi zaman yüksək məbləğ ödəyir, say abxımdan daha çox kart əldə edir və o şirkətlərlə müqavilə müştəriyə sərf edən istiqamətdə imzalanır. Bəzi şirkətlər var ki, onlar bir neçə kart əldə etmək üçün az məbləğ ödəyir və müqavilədəki illik bloklanma və digər xidmətlərlə əlaqədar 10 manat ödənişə razılıq verir. Burda bank sadəcə təklif edən tərəfdir. Razılıq verib əməkdaşlıq edən tərəf isə həmin müəssisələrdir. Belə hallarla əlaqədar narazılığı olan vətəndaşlar işlədikləri yerin insan resursları xidmətinə şikayət edə, ödənişdən imtina edə bilər”.

Mövzunun hüquqi tərəfləri ilə bağlı suallarımızı hüquqşünas Ramil Süleymanova yönləndirdik. O, müsahibəsində bildirdi ki, qeyd edilən məsələ ilə əlaqədar, şirkətlə bank arasında bağlanan müqavilənəzərdən keçirilməlidir:

“Birincisi, bankın vətəndaşın əməkhaqqı kartını bloklamaq və bu bloklamaya görə illik ödəniş tələb etməsi ki məsələlər müəssisə ilə bank arasında imzalanmış müqavilə əsasında təyinə oluna bilər. İkinci, hesab edirəm ki, şirkət tərəfindən vətəndaşlara əməkhaqqının köçürülməsi və bunun nağdsız qaydada həyata keçirilməsi tamamilə işəgötürənin üzərində olduğu üçün bunun bloklanma üçün hansısa ödəniş tərəfi vətəndaş tərəfindən icra edilməməlidir. Lakin vətəndaşla müəssisə arasındakı müqavilə, yaxud razılaşmada şərt qoyula bilər ki, işəgptürən tərəfindən müvəkkil bankın verdiyi əməkhaqqı kartlarının illik ödənişi işçi tərəfindən onun maaşından tutulacaq. Bu, onların arasındakı qarşılıqlı razılaşma əsasənda icra oluna bilər. Lakin bu, doğru üsul hesab olunmur. Üçüncüsü isə, bank tərəfindən müştərinin kartına köçürülən maaşı bloklanması qətiyyən yolverilməzdir”.

Hüquqşünas sonda onu da vurğulayıb ki, müştərinin, yəni işçinin tam haqqı çatır ki, onun hesabına köçürülmüş məbləği tam həcmdə əldə etsin.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh