"Jeju Air" təyyarəsinin qara qutularından birinin məlumatları əldə edilib

Mütəxəssislər 29 dekabrda Muan hava limanında qəzaya uğrayan "Jeju Air" təyyarəsinin pilot kabinəsindəki səs qeydedicisinin məlumatlarını əldə edib və onları səs fayllarına çevirirlər.
Avtosfer.az bu barədə TASS-a istinadən xəbər verir.
"Pilot kabinəsindəki danışıqların səs qeydedicisindən məlumatların əldə edilməsi başa çatıb. Bu gün onların səs fayllarına çevrilməsi işinə başlanılıb", - deyə Cənubi Koreya Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Departamentinin direktoru Cu Conq Van brifinqdə bildirib.
Mülki aviasiya rəsmisi əlavə edib ki, iş mümkün qədər tez həyata keçiriləcək. Dekabrın 29-da "Boeing 737-800" təyyarəsində olan 181 nəfərdən 179-u həlak olub ki, bu da Koreya Respublikası ərazisində ən böyük aviaqəza kimi tarixə düşüb.
İkinci qara qutu - uçuş məlumatlarının bort qeydedicisi bəzi xarici zədələr alıb. Bu onun deşifrə edilməsi üçün lazım olan vaxtı artıracaq. Koreyalı ekspertlərin fikrincə, uçuş məlumatlarının bort qeydedicisinin deşifrə edilməsi təxminən bir ay çəkəcək. Əgər hər iki cihaz zədələnməsəydi, deşifrə təxminən bir həftə çəkərdi.
Koreyalı mütəxəssislər deşifrə zamanı çətinliklərlə üzləşərsə, qara qutular Milli Nəqliyyat Təhlükəsizliyi Şurasından (NTSB) olan ABŞ-li həmkarlarına təhvil verilə bilər. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və "Boeing" şirkətindən ibarət ABŞ nümayəndə heyətinin tərkibində təxminən 10 nəfər Muana gəlib. Onlar koreyalı həmkarları ilə birlikdə ilk növbədə beton özül üzərində radioantenlərin quraşdırıldığı torpaq təpəsi şəklində olan konstruksiyanı araşdırıblar.
(oxu.az)
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











