"Jiquli"dən murdar ət çıxdı və basdırıldı - FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Cəlilabad Rayon Baytarlıq İdarəsinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının reyd zamanı aşkarlanan oqoniya vəziyyətində kəsilən iribuynuzlu heyvan cəmdəyinin və daxili orqanların zərərsizləşdirilməsinə qərar verilib. DBNX-nin Mətbuat Katibliyindən Avtosfer.az-a verilən xəbərə görə, heyvan cəmdəyinin zərərsizləşdirilməsi qərarı Respublika Laboratoriyasının ekspertizasının nəticələrinə əsasən verilib. Laboratoriyada aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib. Qərara uyğun olaraq rayon sakini Quliyev Elçin Cabir oğlunun həyətində 02 “Jiqulu” markalı 15-BP-961 dövlət nömrə nişanlı minik avtomobilində aşkarlanan 152 kq heyvan cəmdəyi və 12 kq heyvanın daxili orqanı baytarlıq mütəxəssislərinin nəzarəti altında Cəlilabad rayonu ərazisində heyvanlar üçün ayrılan qəbiristanlıqda aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olmaqla zərərsizləşdirilərək basdırılıb.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirib ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.
Qeyd edək ki, oktyabrın 11-də keçirilən reyd zamanı aşkarlanan ətin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib. Aşkarlanan ətin və daxili orqanların insan qidası üçün yararlığı şübhə doğurduğundan onlardan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Fidan
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA













