Jurnalist tikinti şirkətinin yaşıllıqları məhv etməyini İFŞA ETDİ – VİDEO

Jurnalist Nigar Sabirqızı sosial şəbəkə hesabında paylaşdığı video ilə paytaxtda fəaliyyət göstərən “Avant” tikinti şirkətinin özbaşınalığını ifşa edib.
Avtosfer.az xəbər verir ki, jurnalist paylaşımında yaşayış ərazisində aparılan tikinti işlərinin ətraf mühitə ciddi zərər vurduğunu qeyd edib.
Qarlı havada sürücülər niyə qəzaya düşür? – Səbəbi bu imiş – VİDEO
Nigar Sabirqızı bildirib ki, səhər saatlarında pəncərədən baxarkən onsuz da eybəcər hala salınmış mənzərənin daha da pisləşdiyini görüb. Onun sözlərinə görə, tikinti işləri aparılan ərazidə əvvəlcədən mövcud olan ağaclar məhv edilib, qalan 4–5 ağac isə son müdaxilələr nəticəsində sıradan çıxarılıb.
Jurnalist paylaşımında gecə saatlarında aparılan işlər zamanı yaranan səs-küyə də diqqət çəkərək, səhər açıldıqda həmin səs-küyün real nəticələrinin yaşıllıqların məhv edildiyinin aydın göründüyünü vurğulayıb.
Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub, bir sıra istifadəçilər də tikinti şirkətlərinin şəhər yaşıllıqlarına münasibətinə etirazlarını bildiriblər.
Eltac Zülfüqaroğlu













