Jurnalisti canlı yayım zamanı güllələdilər - VİDEO
Gündəm
30 Sentyabr 2020 11:28

Hondurasda jurnalist Luis Almendares güllələnərək öldürülüb. “RİA Novosti” xəbər verir ki, silahlı şəxslər motosikletdən ona atəş açıblar. Hadisə bazar günü L.Almendares “Facebook”dan canlı yayım həyata keçirərkən baş verib. Belə ki, Komayuqa şəhərində törədilən cinayət hadisəsi zamanı motosikletdə hərəkət edən iki nəfər jurnalistə bir neçə dəfə atəş açıb. Cinayətkarlar hadisə yerindən qaça biliblər.
L. Almendares açılan atəş nəticəsində üç güllə yarası alıb. Yaralanan jurnalisti təcili xəstəxanaya çatdıraraq əməliyyat ediblər. Lakin bazar ertəsi səhər saatlarında 35 yaşlı jurnalist dünyasını dəyişib. Polis cinayətkarların yerini tapmağa çalışır.
Bildirilir ki, L. Almendares yerli sahibkarları və siyasətçiləri xüsusən korrupsiya və narkotiklərin qanunsuz dövriyyəsində ifşa etməklə tanınıb.
Oxunub : 782
DİGƏR XƏBƏRLƏR
28 Mart 2026 12:00
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
28 Mart 2026 10:45
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
28 Mart 2026 09:36
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
27 Mart 2026 23:09
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
27 Mart 2026 20:30
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
27 Mart 2026 18:55
Sabunçu keçidi bağlandı - VİDEO
27 Mart 2026 18:12
FHN əhaliyə müraciət etdi
27 Mart 2026 16:36
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
27 Mart 2026 13:55
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
27 Mart 2026 10:38
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
27 Mart 2026 10:13
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!
26 Mart 2026 21:15
Bu yollarda tıxac var - SİYAHI
ŞƏRH YAZ










