Jurnalistin atasının ölümünə səbəb olan sürücüyə hökm oxundu - 4 il 11 ay 28 gün

Bu gün Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Seymur Qarayev 4 il 11 ay 28 müddətinə azadlıqdan məhrum edilib. S. Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Yol qəzasında ölən Əli Əliyevin oğlu, jurnalist İmdad Əlizadənin 166 min manatlıq mülki iddiası qismən təmin edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxsdən maddi ziyana görə 20 min manat, mənəvi zərərə görə isə 3 min manat tutularaq yol qəzasında ölən Əli Əliyevin ailəsinə verilməlidir. İmdad Əlizadə məhkəmənin hökmü ilə razı olmadığını və apellyasiya şikayəti verəcəyini bildirib.
Xatırladaq ki, ötən prosesdə prokuror çıxış edərək S. Qarayevin 3 il sürücülükdən məhrum olunmaqla, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs-qətimkan tədbirinin seçilməsini, zərərçəkmiş şəxslərin mülki iddiasının təmin olunmasını istəyib.
Prokuror həmçinin Seymur Qarayevin cəzasının ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsini istəyib.
Qeyd edək ki, S.Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 263.1-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzada xəsarət alan Əli Əliyev 504 gün komada qalıb, bu il iyulun 2-də dünyasını dəyişib.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməyinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO










